4 Oktyabr 2022 10:26
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin ölkənin Müdafiə Nazirliyində kadr dəyişikliyindən istifadə edərək Xarkov vilayətində rus ordusunun son uğursuzluqlarının günahını öz üzərinə götürməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında bəhs edilir.

ISW-nin məlumatına görə, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qərb Hərbi Dairəsinə yeni komandir - bu vəzifədə Aleksandr Juravlevi əvəz edən general-leytenant Roman Berdnikov təyin edilib.

ISW qeyd edib ki, Qərb Hərbi Dairəsinin rus bölmələri son bir neçə ay ərzində Xarkov vilayətinin şimal-şərqində, lakin dəqiq müəyyən edilmiş komandir olmadan fəaliyyət göstərir:

“Juravlev bir müddət görünmürdü və Putin iki həftə ərzində “Qərb qoşunları qrupu”nun iki komandirini dəyişdi. Putin şərqdə müdafiəni gücləndirmək əvəzinə cənubu saxlamağa diqqət yetirib”.

Ehtimal edirlər ki, Xarkov vilayətində və Limanda itkilərdən narazılığa görə belə qərar verilib. Bu həm də Mərkəzi Hərbi Dairənin komandanı general-polkovnik Aleksandr Lapini Limandakı son rus uğursuzluqlarına görə tənqidlərdən qorumaq cəhdi ola bilər.

Bu yolla Putin Rusiyanın Xarkovda və ola bilsin ki, Luqansk vilayətlərində gələcək itkilərinin günahını yeni təyin olunmuş Berdnikovun üzərinə atmağa cəhd edə bilər.


Müəllif: Nemət

Oxşar xəbərlər