5 Oktyabr 2022 10:00
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ilk təkbətək görüş oktyabrın 6-da Praqada planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti bildirib.

Belə bir görüşün mümkünlüyünü həm Türkiyə prezidenti, həm də Ermənistanın baş naziri bəyan edib.

Bu, münasibətlərin normallaşması prosesinin bərpasından sonra Türkiyə və Ermənistan liderləri arasında ilk təkbətək görüş olacaq.


Müəllif: Nemət

Oxşar xəbərlər