7 Oktyabr 2022 15:26
2 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiyanın baş naziri Sanna Marin NATO üzv olmaq istəklərinin Türkiyə tərəfindən ən qısa zamanda təsdiqlənəcəyinə ümid etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Marin Çexiyanın paytaxtı Praqada keçirilən qeyri-rəsmi Avropa İttifaqı İ Liderlər Sammitinin girişində jurnalistlərin suallarını cavablandırıb.

Dünən Praqada keçirilən Avropa Siyasi Birliyi toplantısı zamanı prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşlə bağlı sualı cavablandıran Marin Ərdoğanla ölkəsinin NATO üzvlüyünün təsdiqi prosesini müzakirə etdiklərini bildirib.

Prezident Ərdoğanın “Məsələ Finlandiya deyil” dediyini xatırladan Marin, “Türkiyə məsələsi olduğu zaman biz həmişə siyasətimizdə ardıcıl olmuşuq. Biz (NATO-nun) Madrid sammitindən əvvəl danışıqlar apardıq. İndi biz həmin müqavilələri yerinə yetiririk. Ümid edirəm ki, Türkiyə ən qısa zamanda NATO üzvlüyünü təsdiq edəcək” deyib.

İsveç və Türkiyə arasındakı danışıqlara münasibət bildirmək istəməyən Marin, deyib ki, Finlandiya və İsveçin NATO-ya eyni vaxtda daxil olması vacibdir, çünki bu, Avropanın şimalında təhlükəsizlik məsələsidir.


Müəllif: Nemət

Oxşar xəbərlər