10 Oktyabr 2022 17:32
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin təhlükəsizliyinin lazımi səviyyədə təmin edildiyini bildirib.

Teleqraf.com gazeta.ru-ya istinadən xəbər verir ki, Peskov Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə Putinin qanuni hərbi hədəfə çevriləcəyi ilə bağlı bəyanatını şərh edib.

Peskovun sözlərinə görə, Vladimir Putinin təhlükəsizliyi bütün təhdidlər nəzərə alınmaqla lazımi səviyyədə təmin edilir.

O, Rusiyanın nüvə ritorikasında iştirak etmək istəmədiyini də vurğulayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər