12 Oktyabr 2022 16:19
2 946
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin F-16-ların Türkiyəyə satışı ilə bağlı irəli sürdüyü “F-16-ların Türkiyə tərəfindən Yunanıstana qarşı istifadə edilməyəcəyini təmin etmək” və “satışın ABŞ-ın maraqları çərçivəsində olması” şərtləri müvafiq qanun layihəsindən çıxarılıb.

Teleqraf.com xəbər verir ki, sözügedən qərar Yunanıstanda şok effekti yaradıb.

Yunanıstanın “Skai” telekanalı bu gəlişməni “Mitsotakis doktrinası üçün ciddi məğlubiyyət” başlığı ilə oxucularına təqdim edib. Xəbərdə müxalif SİRİZA Partiyasının açıqlamalarına yer verilib və qərarın Türkiyə üçün mükafat olduğu bildirilib.

Yunanıstanın ən çox oxunan qəzetlərindən “Kathimerini” bu qərarı əlavə şərh vermədən “Senat Türkiyəyə F-16 satışını məhdudlaşdıran düzəlişləri geri götürür” başlığı ilə təqdim edib.

“To Vima” xəbərində “Ərdoğanın etirazları cavab tapdı?” sualı verərkən, ABŞ mediasının hələlik bu qərarın təfərrüatını yazmadığını da vurğulayıb.

CNN-nin Yunanıstan bürosu da ABŞ Senatının qərarına geniş yer verib.

Türkiyəyə qarşı sərt mövqeyi ilə tanınan “Ta Nea” qəzeti isə bu dəfə yalnız xəbəri şərhsiz oxucularına təqdim edib.

ABŞ-ın F-16 qərarının Türkiyə Müdafiə naziri Hulusi Akarın İngiltərədə “Eurofighter Typhoon” qırıcı təyyarələrinə baxış keçirməsindən sonra gəlməsi diqqət çəkib. Sözügedən qırıcıların Türkiyənin alternativləri arasında olduğu bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər