Türkiyə ilə Rusiyanın “Qazprom” şirkəti arasında nəql ediləcək rus qazının qiyməti ilə bağlı danışıqları bu həftə baş tutacaq.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib. Onun sözlərinə görə, çərşənbə və cümə günü danışılqar aparılması üçün “Qazprom”un nümayəndələri Türkiyəyə gələcək.
Qeyd edək ki, rus qazının nəqli ilə bağlı razılaşma dekabrın 1-də Rusiya prezidenti Vladimir Putinin Ankaraya səfəri zamanı türkiyə həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı əldə olunub.
Samir