“Türkiyəni dünyanın ən böyük qaz mərkəzinə çevirmək istəyirik”.
Teleqraf.com xəbər verir ki, bunu türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə Rusiya Prezidenti Vladimir Putin deyib.
“Enerji ehtiyatlarını Türkiyə üzərindən Avropaya göndərməyi planlaşdırırıq. Türkiyə qaz tədarükü üçün ən təhlükəsiz bölgədir. Türkiyəni dünyanın ən böyük qaz mərkəzinə çevirmək istəyirik. “Türk Axını”na qarşı təxribat törədəckdilər, amma bunun qarşısını aldıq”, - Putin bildirib.