İŞİD terror təşkilatının keçən ay 22 suriyalını edam etdiyini göstərən video çəkilişin 4-6 saat arasında davam etdiyi, bəzi səhnələrin dəfələrlə çəkildiyi ortaya çıxıb.
Teleqraf.com-un məlumatına görə, HD kameralarla çəkilən videonun dəyəri isə ən azı 200 min dollar olaraq hesablanıb.
ABŞ mərkəzli Terrorizm Tədqiqat və Analiz Konsorsiumu (TRAC), İngiltərə mərkəzli düşüncə təşkilatı “Quilliam”, İŞİD-in yaydığı videonu analiz edib. Videoda amerikalı girov Piter Kassigin və 22 Suriyalı əsirin başlarının kəsilərək öldürüldüyü görüntülənmişdi. Təşkilat öz vəhşiliyini əks etdirmək üçün çəkdiyi videoda , girovların və edamı həyata keçirən cihatçıların kimliklərinin müəyyənləşdirilməsi üçün araşdırılıb. Analizə görə edamın lentə alınması ən azı 200 min dolara başa gəlib. Videoda, tammetrajlı filmlərdəki kimi professional keyfiyyətdə görüntü yaratmaq üçün HD kameralar istifadə edilib.
Video təhlilinin nəticələri:
1. Edamı həyata keçirən İŞİD silahlılarının əksəriyyətinin üzü açıqdır. Edama İngiltərə mətbuatının "Cihatçı Con" adını verdiyi üzü maskalı şəxs liderlik edir. Təşkilatın təbliğat mesajını o oxuyur.
2. Videoda girovların yerlərinin tez-tez dəyişdirildiyi görünür. 22 İŞİD-çi Avstraliya, İndoneziya, Malayziya, Filippin, İngiltərə, Belçika, Almaniya kimi müxtəlif ölkə və etnik mənsubiyyətdəndir.
3. Qurbanlardan sadəcə birinin kimliyi müəyyən edilib. O da Fransadan 2013-cü ildə Suriyaya gedən Maksim Xauçarddır. Digər ölkələr videoda öz vətəndaşlarının olub-olmadığını hələ də araşdırır.
4. Analitiklər maskalı şəxsin "Cihatçı Con" un dublyoru ola biləcəyini düşünür.
5. Yaxa mikrofonu taxdıqları görünən iki İŞİD-çinin səsləri eşidilmir. Səsləri ya kəsilib, ya da daha sonrakı videolarda istifadə edilmək üçün yazılıb.
6. İşıq və kölgələr videonun 4-6 saat ərzində çəkildiyini göstərir. /bizimyol.info/