Al Paçino kino aləmində ifadələrində söyüşdən ən çox istifadə edən aktyor kimi tanınır.
Teleqraf.com xəbər verir ki, belə bir araşdırma 3000-dən çox ssenarini tədqiq edən "Crossword-Solver" tərəfindən aparılıb. 50 illik karyerası boyunca 82 yaşlı Al Paçino ekranda 295 dəfə "Fucks" və buna oxşar sözlər səsləndirib. O, təkcə "Donnie Brasco" filmində 68 dəfə "Fucks" deyib.
İkinci yeri təkcə "Casino" (1995) filmində 241 dəfə söyüş söyən Co Pesci tutub. Ümumilikdə onun oynadığı personajları 272 dəfə nalayiq ifadələr işlədiblər. Üçüncü yerdə 263 söyüşlə Ceyson Musedir qərarlaşıb.
Dördüncü sırada isə 238 söyüşlə Jonah Hill gəlir.
Julia Roberts isə ən söyüşçül aktrisa kimi adını Hollivudun tarixinə yazıb. Erin Brockovich (2000) filmi, 42 söyüş.
Təəccüblüdür ki, Samuel L. kinoda ən çox söyüş söyən aktyorlardan biri kimi tanınsa da, ilk beşliyə düşə bilməyib. O, 2020-ci ildə ABŞ-da prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçərkən vəd etmişdi ki, pərəstişkarlarına 15 dildə söyüş öyrədəcək. Samuel karyerası ərzində ekranda cəmi 143 nalayiq söz söyləyib.