Qazaxıstan və Türkmənistanın hakimiyyət orqanları əməkdaşlığın müxtəlif istiqamətləri üzrə 14 sənəd imzalayıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev türkmən həmkarı Sərdar Berdiməhəmmədovla görüşdən sonra açıqlama verib.
Bunların arasında arasında 2022-2024-cü illər üçün ikitərəfli əməkdaşlıq üzrə hərtərəfli proqram da var.
Danışıqlar zamanı ticari-iqtisadi əməkdaşlıq məsələləri də müzakirə olunub.
Tərəflər birgə səylərlə qarşılıqlı ticarətin həcmini 1 milyard dollara çatdırmaq barədə razılığa gəliblər.
Bundan əlavə, görüş iştirakçıları ikitərəfli gündəliyin bir sıra aktual mövzularını ətraflı müzakirə edib, Qazaxıstan və Türkmənistan arasında gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdiriblər.
Türkmənistan prezidenti dünən Astanaya rəsmi səfərə gəlib.