ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatı MKİ-nin müsəlman məhbuslara işgəncə verməsi ilə bağlı Senatın məruzəsi əsl qalmaqala səbəb olub.
Teleqraf.com-un məlumatına görə, Ağ Evin rəsmi açıqlamasında bu məruzədən sonra, dünyanın dörd bir tərəfində ABŞ səfirliklərinin və obyektlərinin risq altında olduğu bildirilir.
Qeyd edək ki, Senatın 480 səhifəlik hesabatının bu gün açıqlanacağı gözlənilir.
Hesabatda, MKİ-nin 11 Sentyabr hücumlarından sonra terrorda "şübhəli" bilinən şəxslərə verilən işgəncə faktları yer alıb.
Bu arada məşhur haker qruplarından biri MKİ agentlərinin birinin kompüterindən əsirlərə verilən işgəncə görüntülərini əldə edərək yayıb.
Hakerlər tərəfindən ələ keçirilən görüntülərdən birində üzü və gözləri qapalı bir əsirin boğazına plastik qandal keçirilərək boğulma işgəncəsi verilir.
Taliban üzvü olmaqla günahlandıran məhkum nəfəs almır və əzab çəkərək qışqırmağa başlayır.
Digər obrazlarda isə ərəb bir əsir waterboarding işgəncəsinə məruz qalır. İşgəncə verilən şəxs tez-tez öz özünə "səbr et" deyir.
Qeyd edək ki, ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni də əsirlərə tətbiq edilən Waterboarding işgəncənin çox faydalı olduğunu və bu üsulla bir çox məlumat aldıqlarını açıqlayaraq işgəncənin ABŞ-ın rəsmi siyasəti olduğunu etiraf etmişdi.