Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz İranı qonşuları ilə münasibətlərində etimad yaradan addımlar atmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, kral İrana nüvə proqramı ilə əlaqədar beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəliklərini də xatırladıb.
“İranı təcili olaraq nüvə öhdəliklərini yerinə yetirməyə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə tam əməkdaşlığa, özü ilə qonşuları və beynəlxalq ictimaiyyət arasında etimadın yaradılması üçün ciddi addımlar atmağa çağırırıq”, - Salman bin Əbdüləziz deyib.
Səudiyyə kralı Ukrayna böhranına son qoymaq və hərbi əməliyyatları dayandırmaq üçün bütün beynəlxalq səyləri dəstəklədiklərini də bildirib.