17 Oktyabr 2022 14:48
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun 14 ölkə və 60-a qədər hərbi təyyarənin iştirakı ilə planlaşdırdığı “Sabit Günorta” nüvə qarşısının alınması təlimi başlayıb və oktyabrın 30-dək davam edəcək.

Teleqraf.com xəbər verir ki, alyansın bəyanatına görə, manevrlər “Avropanın şimal-qərbi üzərində” - Belçika və Britaniyanın hava məkanında, həmçinin Şimal dənizi üzərində baş tutacaq.

Təlimlərə döyüş silahları cəlb edilməyəcək.

Belçika mətbuatı dəqiqləşdirib ki, Kral Hərbi Hava Qüvvələrinin Limburq əyalətindəki Klein Brogel bazası təlimlərin mərkəzinə çevriləcək. Belçikanın Nüvə Silahlarına Qarşı Koalisiyasının məlumatına görə, orada ABŞ-ın nüvə başlıqları yerləşir. Rəsmi orqanlar bu məlumatı təsdiqləmir.

NATO-nun baş katibi Yens Stoltenberqin izah etdiyi kimi, bunlar NATO-nun nüvə imkanlarının təhlükəsiz və effektiv saxlanmasını təmin etmək üçün nəzərdə tutulan illik təlimlərdir.

O, təlimlərin Ukrayna ətrafında mövcud böhranla bağlı olmadığını vurğulayıb.

Belçikanın RTBF telekanalının dəqiqləşdirib ki, təlimlərdə iştirak edən NATO ölkələrinin hərbi-hava qüvvələrinə məxsus təyyarələrin heç biri Rusiya ərazisinə 1000 kilometrdən çox yaxınlaşmayacaq.

Buna baxmayaraq, Belçikanın Nüvə Silahlarına qarşı Koalisiyası gərgin beynəlxalq vəziyyəti nəzərə alaraq hakimiyyətdən təlimləri ləğv etməyi tələb edib.

“Rusiya ilə nüvə gərginliyinin yüksək olduğu bir vaxtda bu cür təlimlərin keçirilməsi məsuliyyətsizlikdir”, - təşkilatın bəyanatında deyilir.

Antinüvə koalisiyası hesab edir ki, Belçika ərazisində bu cür təlimlər ölkəni nüvə münaqişəsi zamanı potensial hədəfə çevirir, xüsusilə NATO-nun mənzil-qərargahı və Aİ-nin əsas institutlarının Brüsseldə yerləşdiyini nəzərə alsaq.

Bu ilin iyununda Madrid sammitində yenilənmiş NATO-nun Strateji Konsepsiyasında alyans liderləri “nüvə silahı mövcud olduqca, NATO nüvə ittifaqı olaraq qalacaq” deyə bir daha təsdiq ediblər.


Müəllif: Nemət

Oxşar xəbərlər