24 Oktyabr 2022 15:15
1 710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın ən təhlükəli mafiyalarından biri İrapuato şəhərinə parçalanmış cəsədlər ataraq yenidən fəaliyyətə başladığını anons edib.

Teleqraf.com xəbər verir ki, Jalisco Next Generation Cartel (CJNG) adlandırılan mafiyanın üzvləri tərəfindən yazıldığı iddia edilən mesaj cəsədlərlə birlikdə şəhərin üç fərqli nöqtəsində tapılıb.

Başı kəsilmiş və hissələrə bölünmüş üç cəsəd əvvəlcə uşaq xəstəxanasının ətrafında tapılıb.

Daha sonra kəsilmiş başlar dövlət qurumunun yaxınlığında rast gəlinib.

Bütün cəsədlərin yanında tapılan mesajda “Bu, günahsız insanları öldürən və qanunsuz olaraq narkotik satan hər kəsin başına gələcək” bildirilib.

“Hamı bilir ki, CJNG qorxaqlığı bağışlamır və biz yalnız öz işimizə davam edirik, qadınlara, uşaqlara və qocalara hörmət edirik və bütün Guanajuato Sinyor Mençonun əmri altındadır”, - mesajda qeyd olunur.


Müəllif: Nemət

Oxşar xəbərlər