10 Dekabr 2014 14:40
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, ABŞ və Avropa İttifaqının liderləri görüşməlidilər.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Sovet İttifaqının son lideri Mixail Qorbaçov açıqlayıb. O, görüşlərin heç bir şərt olmadan keçirilməsini təklif edib: “Rusiya və ABŞ liderlərinə qarşı şərtlər olmadan günün aktual məsələlərinə dair sammit təşkil etmələrini təklif edirəm. Bütün münasibətlər və məsələləri nəzərdən keçirmək lazımdır. Bu iki ölkə dünyadakı proseslərdə böyük məsuliyyət daşıyır. Onlar bu məsuliyyətindən qaçsalar, dünya ağır nəticələrlə üzləşəcək”.

Ukraynadakı vəziyyəti dəyərləndirən Qorbaçov böhranın sona çatması üçün ciddi addımların atılmalı olduğunu deyib: “İlk növbədə atəşkəs elan edilməli və humanitar vəziyyət yaxşılaşdırılmalıdır. Böhranın sona çatmasının əsasında Minsk müqaviləsi durur”.

Samir


Müəllif:

Oxşar xəbərlər