26 Oktyabr 2022 11:34
1 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da səfərdə olan İsrail prezidenti İshaq Hersoq İranın pilotsuz uçan aparatlarının (PUA) Ukraynada istifadəsini təsdiqləyən fotoşəkillər təqdim edib.

Teleqraf.com xəbər verir ki, İsrail prezidenti İranın təkzib etməsinə baxmayaraq, bunun artıq təsdiqləndiyini bildirib.

“İran Ukraynaya qarşı müharibə üçün pilotsuz təyyarələr tədarük etdiyini qəti şəkildə təkzib edir. Amma mən sizə İranın pilotsuz təyyarələrinin Ukraynadakı müharibədə iştirak etdiyini açıq şəkildə sübut edən iki slayd göstərəcəyəm”, - Hersoq söyləyib.

İsrail prezidenti əlavə edib:

“Təbii ki, İran bunu rədd edərək, dron tədarükünü davam etdirir. Onlar genişmiqyasda təxribat törətmək üçün nəzərdə tutulmuş bu kamikadze dronlardan istifadə edərək bütün Ukraynada hücumlar həyata keçirirlər”.

Birinci slaydda iki fotoşəkil göstərilib: bunlardan birində İrana məxsus “Şahid-136” PUA-ları, digərində isə Rusiyanın modernizasiya etdiyi “Geran-2” dronlarının fraqmentləri göstərilib. İkinci slaydda daha iki fotoşəkil var: bunlardan birində “Şahid-136”nın mühərriki, digərində Ukraynada çəkilmiş dronun fotosu yer alıb.

İsrail prezidentinin sözlərinə görə, bütün bu şəkillərdə eyni dronlar əks olunub. Onun fikrincə, bu, Ukraynadakı döyüşlərdə İran texnologiyasından istifadənin sübutudur:

“Bu, gizli kəşfiyyat da daxil olmaqla, çoxsaylı kəşfiyyat məlumatlar aysberqinin yalnız görünən hissəsidir. Biz qalanları da göstərə bilərik. Etiraf etmək lazımdır: İran Ukraynadakı müharibədə iştirak edir, Ukrayna xalqına qarşı addımlar atır, ona böyük iztirab və ağrılar yaşadır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər