27 Oktyabr 2022 10:40
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron böhranlı dövürlərdən keçdiklərini, müharibənin enerji və qiymətlərə təsirləri olduğunu etiraf edib.

Teleqraf.com xəbər verir ki, Makron bu durumun fransız şirkətlərinin həyatına təsir etdiyini bildirib.

“Bu gün asılılıqlarımızın nəticəsi olan bir inflyasiya yaşayırıq. Fransada inflyasiya təxminən 6,5 faiz, Avrozonada isə təxminən 10 faizdir. Ev təsərrüfatları üçün elektrik və qaz qiymətlərində artım 2023-cü ilin ilk aylarında ən çox 15 faiz olacaq”, - Makron deyib.

Şirkətlər üçün qaz və elektrik qiymətlərindəki artımı amortizasiya edəcək mexanizm işə salacaqlarını ifadə edən Makron, enerji qiymətlərinə qarşı müəyyən sürücülər və böyük şirkətlər üçün atacaqları yeni addımlardan da bəhs edib.

O, 2023-cü ilin yayından başlayaraq pensiya yaşının hər il 4 ay təxirə salınmalı, 2031-ci ildə pensiya yaşının 65-ə çatması lazım olduğu qənaətini də bölüşüb. Pensiya islahatının zəruriliyini müdafiə edən Emmanuel Makron hökumətin bu islahatla bağlı qanun layihəsini 2023-cü ilin əvvəlində təqdim edəcəyinə diqqət çəkib.


Müəllif: Nemət