27 Oktyabr 2022 15:23
1 499
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna Prezidenti Vladimir Zelenski çox istərdi ki, dünyada nüvə qarşıdurması başlasın”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“O, bunu dəlicəsinə istəyir, Tanrı məni bağışlasın, bu insan həqiqətən nüvə qarşıdurmasının başlamasını istəyir”, - Rusiya rəsmisi söyləyib.

Zaxarovanın sözlərinə görə, Rusiya Qərbi Ukraynaya təsir göstərməyə çağırır ki, Kiyev mümkün “çirkli bomba” və nüvə şantajı ilə avantürasından əl çəksin:

“Biz Qərbi bu ən təhlükəli avantüradan əl çəkmələri üçün Ukraynaya təsir göstərməyə çağırırıq. Təkcə bu deyil, həm də nüvə şantajı ilə bağlı bütün addımlar, tədbirlər və davranışlardan. Çünki bütün bunlar geridönməz nəticələrə və günahsız insanların mümkün kütləvi ölümünə səbəb ola bilər”.

Diplomat vurğulayıb ki, Kiyev Qərbdən getdikcə daha çox maliyyə və hərbi yardım almaq üçün nüvə şantajından istifadə edə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər