İran tezliklə ABŞ və Kanadanın fiziki və hüquqi şəxslərinə sanksiya tətbiq edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.
O qeyd edib ki, ABŞ və Kanadanın fiziki və hüquqi şəxsləri terroru və terror qruplarını dəstəklədikləri, zorakılığı və nifrəti təşviq etdikləri üçün onlara qarşı sanksiya tətbiq olunacaq.