Avropa Komissiyasının (AK) nümayəndəsi Nəbilə Masralı Rusiyanın taxıl sazişindən çıxmasına münasibət bildirib.
Teleqraf.com "RİA Novosti"yə istinadla xəbər verir ki, Nəbilə razılaşmaları qorumaq üçün hər iki tərəfi səy göstərməyə çağırıb.
“Biz BMT-nin sazişi qorumaq səylərini dəstəkləyirik və vurğulayırıq ki, bütün tərəflər Qara Dəniz Taxıl Təşəbbüsünü təhlükə altına sala biləcək hər hansı birtərəfli hərəkətlərdən çəkinməlidirlər”.
Massralı vurğulayıb ki, Rusiya və Ukrayna tərəfindən taxıl müqaviləsinin davam etdirilməsi bütün dünyada çoxlu sayda ac insanın qidaya çıxış imkanlarına müsbət təsir göstərmək üçün zəruridir.
Qeyd edək ki, Rusiya Sevastopol sularında terror aktından sonra taxıl sazişindən çıxacağını açıqlamışdı.