Rusiyanın taxıl sövdələşməsində iştirakının dayandırması ilə əlaqədar Ukrayna limanlarından ərzaq daşıyan gəmilərin yola salınması hələlik həyata keçirilməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Türkiyə taxıl sazişinin iştirakçılarını Ukraynadan ərzaq ixracı mexanizminə mənfi təsir edəcək hərəkətlərdən çəkinməyə çağırır. Türkiyənin müdafiə naziri taxıl müqaviləsi ilə bağlı vəziyyəti həll etmək üçün xarici həmkarları ilə danışıqlar aparır. İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin rusiyalı heyəti hələ də mərkəzdədir”, - deyə bildirilib.