Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasada şəhərin ən böyük stadionda keçirilən konsertdə izdiham nəticəsində biri polis olmaqla azı 11 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, baş verənlərə görə konsertin təşkilatçılarına cinayət işi açılıb.
Qeyd edək ki, müğənni Falli İpupanın oktyabrın 29-da baş tutan konsertə 80 min nəfərdən çox insan bilet alıb.