Braziliyada keçirilən prezident seçkilərinin ikinci turu üçün başlayan səsvermə başa çatıb.
Teleqraf.com xəbər verir ki, oktyabrın 2-də keçirilən seçkilərdə heç bir namizəd səslərin 50 faizini ala bilmədiyi üçün seçkilər ikinci tura qalıb.
İkinci turda yarış birinci turda ən çox səs toplayan keçmiş prezident Luiz İnasio Lula da Silva və Prezident Jair Bolsonaro arasında baş tutub.
“Exit-poll”un nəticələrinə görə, Leyboristlər Partiyasının namizədi Luiz İnasio Lula da Silva qalib gəlib.