1 Noyabr 2022 22:58
1 932
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran rejimi Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya 1000-ə yaxın əlavə silah, o cümlədən hücum dronları və ballistik raketlər göndərməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN hərbi mənbələrə istinadən məlumat yayıb.

Telekanala görə, İrandan gözlənilən tədarük prosesi yaxından izlənilir, çünki bu, Rusiyaya yüksək dəqiqlikli idarəolunan raketlərin göndərilməsi ilə bağlı ilk hadisə olacaq.

CNN-nin mənbələri Rusiyanın ilin sonuna qədər hərbi yükü İrandan təhvil alacağını deyiblər.

“İran Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya 1000-ə yaxın əlavə silah, o cümlədən qısamənzilli ballistik raketləri və çoxlu sayda hücum pilotsuz təyyarələri göndərməyə hazırlaşır”, - məlumatda bildirilib.

Avqustda İranın Rusiyaya 1000 dron göndərdiyi üzə çıxıb. Maraqlıdır ki, gizli çatdırılma faktlarla ifşa edilsə də, molla rejimi Rusiyaya pilotsuz təyyarələrin satışını inkar edir.

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya İrana 2400 kamikadze pilotsuz təyyarə sifariş verib. Bundan sonra “Röyter” molla rejiminin Rusiyaya ballistik raketlər göndərəcəyi haqda məlumat yayıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı artıq 300-dən çox İran istehsalı dronun məhv edildiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər