Azərbaycan Bütövlük Platforması (ABP) İdarə Heyətinin ilk iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, ABP İdarə Heyətinin 11 nəfərlik tərkibi müəyyənləşib.
Bütövlük Platforması əsasən adından göründüyü kimi milli məsələlərlə məşğul olacaq, İran adlanan ölkədəki soydaşlarımızın hüquqlarını müdafiə edəcək. Onun ilk təsisçiləri və İdarə Heyətində təmsil olunan şəxslərin adlarından da görünür ki, bu şəxslər uzun illər millilik, bütövlük uğrunda dönməz fəaliyyət göstəriblər.
İlkin məlumatlara görə, ABP-nı təsis edən şəxslər açşağıdakılardır:
Novella Cəfəroğlu ( Dilarə Əliyeva adına Qadınlar Cəmiyyətinin sədri );
Rafiq Turabxanoğlu ( Turan Xalq Demokratik Partiyasının sədri );
Çindiz Ğöytürk ( Güney Azərbaycan Milli mücadiləsinin öncülü );
Əhməd Obalı ( Günaz TV-nin rəhbəri );
Gülşən Məmmədoğlu ( tarixçi alim, QHT rəhbəri );
Ədalət Yusub ( ADR sədr müavini );
Bəhram İsmayıl ( hərəkatçı, siyasətçi );
Taleh Əliyev ( Ümid Partiyası icra aparatının rəhbəri );
Qorxmaz İbrahimli ( MHB sədr müavini );
Əli Həziquliyev ( BAXCP sədr müavini );
Nəsimi Şərəfxanlı ( VHP sədr müavini ).
İdarə Heyəti tam yekdilliklə Bəhram İsmayılovun Azərbaycan Bütövlük Platformasının sədri seçilməsinə qərar verib. Qeyd edək ki, Bəhram İsmayılov uzun illər Bütöv Azərbaycan Birliyində (BAB) təmsil olunub, bu təşkilatın gənclər qoluna rəhbərlik edib.