3 Noyabr 2022 11:54
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın milli telekommunikasiya şirkəti “Kazaktelecom”un pulunu mənimsəməkdə və dövlət təhlükəsizliyini təhdid edən fəaliyyətlə məşğul olmaqda ittiham olunan Kayrat Satibaldi ötən ilin martında həbs edilib və sentyabrda 6 il müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf.com xəbər verir ki, Qazaxıstan Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən verilən açıqlamada Satibaldinin xaricə yatırdığı 300 milyon dollarlıq investisiyanın yaxın gələcəkdə ölkə büdcəsinə köçürüləcəyi bildirilib.

Bu ilin əvvəlində Qazaxıstanda qazın bahalaşması ilə bağlı ictimai etirazlar oldu, sonra hadisələr korrupsiya və iqtisadi bərabərsizlik nümayişlərinə çevrildi. Hadisələrdən sonra 1991-2019-cu illərdə ölkəni idarə edən Nazarbayev kadrları ləğv olunmağa başlayıb. Kayrat Satibaldi Nursultan Nazarbayevin ailəsindən həbs edilən ilk şəxs olub.


Müəllif: Nemət

Oxşar xəbərlər