4 Noyabr 2022 15:47
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Transxəzər beynəlxalq nəqliyyat marşrutu enerji təhlükəsizliyinin təmin edilməsi üçün getdikcə daha çox əhəmiyyət kəsb edir”.

Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Dünya Bankının hesablamalarına görə, tranzit və nəqliyyat potensialının inkişafı Mərkəzi Asiya ölkələrinin ÜDM-nün 15 faiz artmasına təkan verə bilər. Bu kontekstdə, həyata keçirilməsində Qazaxıstanın xüsusi yer tutduğu “Bir Kəmər, Bir Yol” təşəbbüsünün önəmini qeyd etmək istərdim.

Üstəlik, “Orta Dəhliz” kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi kontekstində getdikcə daha çox əhəmiyyət kəsb edir”, - Qazaxıstan lideri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu