Türkiyənin Zonquldağ vilayətindəki özəl mədəndə partlayış olub.
Teleqraf.com xəbər verir ki, Kilimli rayonunda baş verən partlayışda 4 nəfər yaralanıb.
Türk mətbuatı yaralananların xəstəxanaya aparıldığını yazıb.
Hadisə yerinə xilasetmə qrupu, polis, tibb işçiləri, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) əməkdaşları cəlb olunub.
Partlayışın başvermə səbəbi açıqlanmır.