7 Noyabr 2022 18:38
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyada cəmi 120 İsgəndər raketi qalıb, müasir raketlərin təxminən 80 faizi istifadə olunub”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitskinin “The Economist”ə şərhində deyib.

Vadim Skibitskinin sözlərinə görə, Ukraynanın mülki infrastrukturuna zərbələr endirərkən ruslar müasir raketlərin təxminən 80 faizindən istifadə edib:

"Ukrayna hərbi kəşfiyyatı Kremlin İrandan “Fateh-110” və “Zülfüqar” ballistik raketlərini almaq və onları hava ilə Krıma, dəniz yolu ilə isə Xəzər dənizindəki Rusiya limanlarına göndərmək planlarından xəbərdar olub. Biz bilirik ki, artıq razılaşmalar əldə olunub".

Ukrayna mediası daha əvvəl bildirib ki, Rusiya İrandan raket almağa razılıq verib: "İran Rusiyaya 300 və 700 kilometrə qədər məsafədəki hədəfləri vura bilən ballistik raketlər verəcək".

Ekspert xəbərdarlıq edib ki, Rusiya hərbi-sənaye kompleksi sanksiyalara görə indi ildə 50-dən çox raket istehsal edə bilməz.


Müəllif: Nemət

Oxşar xəbərlər