Moldova Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Lilian Dariy Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, Moldova səfirinə səfirliyinin əməkdaşının arzuolunmaz şəxs elan olduğunu bildirən nota təqdim edilib.
Qeyd olunub ki, bu tədbir bu il noyabrın 1-də Moldova tərəfinin Rusiyanın Moldovadakı səfirliyinin əməkdaşının persona-non-qrata elan edilməsi ilə bağlı əsassız qərarına verilmiş cavabdır.