ABŞ Ticarət Nazirliyi Rusiyanın bazar iqtisadiyyatı statusunu ləğv edib.
Teleqraf.com “Royter” agentliyinə istinadən xəbər verir ki, Rusiya müvafiq statusu 20 il əvvəl alıb.
Yeni qərarla Rusiya Federasiyasından gələn mallara antidempinq rüsumlarının hesablanmasını məhdudlaşdırıb.
ABŞ Ticarət Nazirliyi Rusiya hakimiyyətinin iqtisadi proseslərə müdaxiləsi nəticəsində qiymətlərin və xərclərin təhrif edilməsinə səbəb olduğunu vurğulayıb. Bu səbəbdən Rusiya şirkətlərinin ABŞ-a mal idxalı üçün qiymətləri ədalətli müəyyən edib-etmədiyi məlum deyil.