Bu gün Rusiya tərəfindən ilhaq olunan Xersonun mərkəzində Ukrayna bayrağı peyda olub. Halbuki şəhər hələlik tam olaraq Ukrayna ordusunun nəzarətinə keçməyib.
Teleqraf.com xəbər verir ki, yerli jurnalist Konstantin Rıjenkonun sözlərinə görə, Ukrayna bayrağı müqavimət hərəkatının fəalları tərəfindən qoyulub.
“Müqavimət hərəkatı salam deyir. Ukraynaya şöhrət”, - Rıjenko fotofakt yerləşdirərək yazıb.
Fotoya əsasən, Ukrayna bayrağı Xerson Vilayət Dövlət Administrasiyasının binası qarşısında asılıb.