Almaniya xarici işlər naziri Annalena Berbok Türkiyə və Macarıstanı İsveç və Finlandiyanın NATO üzvlüyünü təsdiqləməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, alman nazir iyun ayında Madriddə keçirilən NATO sammitində Türkiyə və Macarıstan da daxil olmaqla 30 üzv ölkənin İsveç və Finlandiyanın üzvlüyünə dəstək vəd etdiyini xatırladıb.
“İndi edilməli lazım olan məhz budur”, - Berbok deyib.
NATO sammitində imzalanan memorandumun iki ölkənin üzvlüyə qəbul üçün çox açıq zəmin yaratdığını bildirən alman nazir vurğulayıb:
“Bu, heç bir boz sahə qoymur.
NATO müqaviləsində olduğu kimi, Avropa İttifaqı (Aİ) müqaviləsində də həmrəylik bəndi var. Bu, təhlükəsizliyi də əhatə edir. Hesab edirəm ki, bütün otuz üzv dövlət bundan xəbərdardır”.