14 Noyabr 2022 08:18
386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Türkiyənin İstanbul şəhərində partlayış PKK/PYD terror təşkilatı tərəfindən törədilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

O qeyd edib ki, partlayışa səbəb olan bombanı qoyan şəxs yerli polis idarəsi tərəfindən saxlanılıb. Lakin nazir onun kimliyini açıqlamayıb: “Bizə bu acıları yaşadanların daha çox acı çəkə biləcəyi bir cavabı tezliklə onlara göstərəcəyik".

“Nə olursa olsun, bu mübarizəni davam etdirəcəyik. Terrorçulara güc verən, pul göndərən müttəfiqlərimizin qeyri-səmimiliyi göz qabağındadır. Bu hücumu həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Qarşılığını daha ağır verəcəyik. Bu mesaja cavab aydın olacaq. Təbii, kədərimiz çox ağırdır”.

“Yaralılarımızdan 5-i hazırda reanimasiyadadır, onlardan ikisinin vəziyyəti ağırdır”, - yaralıların durumu ilə bağlı məlumat verən nazir söyləyib.

Qeyd edək ki, ötən gün baş verən partlayış zamanı 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər