15 Noyabr 2022 08:00
315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler ilə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli arasında telefon danışığı baş tutub.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sözçüsü, polkovnik Deyv Batler bildirib.

“ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli bu gün İstanbulda baş verən son terror aktını Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler ​​ilə müzakirə edib və ikitərəfli hərbi əlaqələrimizin möhkəmliyini bir daha təsdiqləyib”-deyə, o bildirib.

Qeyd edək ki, noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı törədilib. Nəticədə 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər