15 Noyabr 2022 09:35
1 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqon rəsmisi Türkiyə daxili işlər naziri Süleyman Soylunun İstanbulun İstiqlal küçəsindəki terror aktı ilə bağlı “ABŞ-ın Ankaradakı səfirliyinin başsağlığı mesajını qəbul etmirik” açıqlamasına reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Pentaqon nümayəndəsi birifinq zamanı türk rəsmisinin açıqlamasına dair sualı cavablandırmaqda çətinlik çəkib.

“Bu brifinqin Ukraynaya yönəlməsini istəyirəm. Bunu deyəcəyəm, Türkiyə hələ də çox əhəmiyyətli bir müttəfiqdir. Suallarınızı bu görüşdən, Ukraynadan kənarda nəzərdən keçirməkdən məmnun olarıq”, - Pentaqon rəsmisi birifinq zamanı deyib.


Müəllif: Nemət

Oxşar xəbərlər