15 Noyabr 2022 10:44
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Taliban” hərəkatının lideri Hibetullah Axundzadə ictimaiyyət qarşısında edam, daşqalaq, şallaq kimi şəriət hökmlərinin tam yerinə yetirilməsinə göstəriş verib.

Teleqraf.com xəbər verir ki, “Taliban” sözçüsü Zabihullah Mücahidin sözlərinə görə, Axundzadə bir qrup hakimlə gizli görüş keçirib və şəriət hökmlərinə əməl etməyin məcburi olmasını tapşırıb.

Taliban 2021-ci ildə hakimiyyətə gəldikdən sonra əvvəlki Taliban administrasiyasına (1996-2001) nisbətən daha mötədil hökumət quracağına söz vermişdi. Lakin hakimiyyətə gəldikdən sonra insan haqlarında, xüsusən də qadın hüquqlarında xeyli geriləmələr oldu. Qızlar üçün orta təhsil dayandırıldığı halda, ötən həftə hətta qadınların parklara getməsi belə qadağan edildi.


Müəllif: Nemət

Oxşar xəbərlər