15 Noyabr 2022 18:04
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dnepr çayının sol sahilində Xerson vilayətində döyüşlər davam edir, lakin şəhərlərin azad edilməsindən danışmaq hələ tezdir.

Teleqraf.com xəbər verir ki, bu haqda Kaxovka, Nova Kaxovka və Oleşkidəki vəziyyətlə bağlı sualı cavablandıran Xerson Vilayət Şurasının deputatı Sergey Xlan bildirib.

“Hələlik yalnız Xerson vilayətinin sağ sahili hissəsindən, Xerson şəhəri haqqında danışmaq olar. Alyoşki, Kaxovka, Novaya Kaxovka haqqında danışmaq hələ tezdir. Oradan hələ ki, rəsmi məlumat yoxdur”, - Xlan deyib.

Deputatın sözlərinə görə, o, artıq Ukrayna bayrağının məhz Yeni Kaxovkadakı “Gənclik” kinoteatrının yaxınlığında göründüyü haqda eşidib: “Bəziləri bu məlumatı başqa cür qəbul etdilər. Kaxovkada da yeni bayraqlar peyda olub. Amma hələlik bu yaşayış məntəqələrinin Silahlı Qüvvələrimiz tərəfindən azad edilməsi və nəzarətə götürülməsi ilə bağlı məlumat yoxdur. Baxmayaraq ki, sol sahildə döyüşlərin davam etdiyi məlumdur. Düşünürəm ki, biz yenə də Silahlı Qüvvələrimizin rəsmi məlumatını gözləyəcəyik”.


Müəllif: Nemət

Oxşar xəbərlər