16 Noyabr 2022 00:19
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Rusiyanın Ukraynaya atdığı raketlərdən biri Polşa ərazisinə düşüb.

Teleqraf.com xəbər verir ki, Pşevodov kəndinə düşən raket zərbəsi nəticəsində 2 nəfər həlak olub.

Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb.

Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər.

Xatırladaq ki, noyabrın 15-də Ukrayna kütləvi raket hücumuna məruz qalıb. Polşa ilə həmsərhəd olan Lvov vilayətinə də raket hücumu edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər