Əfqanıstanın paytaxtı Kabildə fəaliyyət göstərən fransız məktəbində törədilmiş partlayış nəticəsində Almaniya vətəndaşı ölüb.
Teleqraf.com-un “Frans Press”-ə istinadən verdiyi xəbərə görə, Fransanın XİN rəhbəri Loran Fabius partlayışın məhz fransız məktəbində törədildiyini təsdiqləyərək, terror aktı nəticəsində bir neçə nəfərin öldüyünü bildirib. Fabius partlayış nəticəsində Fransa vətəndaşlarının xəsarət almadığını qeyd edib.
Qeyd edək ki, terrorçu-kamikadze bu gün fransız məktəbində təşkil olunmuş bayram tədbiri zamanı özünü partladıb. CBS-in məlumatına görə, nəticədə 1 nəfər ölüb, 20 nəfər xəsarət alıb.