"Yaxın günlərdə Donetskdə barışıq əldə ediləcək və bir neçə ay sürəcək".
Axar.az xəbər verir ki, bu barədə siyasi ekspert Oleq Panomar danışıb.
Panomar yaxın günlərdə sülhün əldə ediləcəyini bildirsə də, Kremlin Donetsk Hava Limanından əl çəkməyəcəyini vurğulayıb:
"Bu gün Ukrayna diplomatik çərçivədə Rusiyaya nisbətən üstünlüyə malikdir. Təzyiq altında olan Putin mövqeyini yaza qədər qoruya biləcək, sonra Ukraynaya hücumları yenilənəcək".