“İsrail və bəzi Qərb dövlətləri İranda vətəndaş müharibəsi başlatmağı planlaşdırır, amma bura Liviya və Sudan deyil”.
Teleqraf.com xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
“İranda vətəndaş müharibəsi, dağıntı və parçalanma planlaşdıran təhlükəsizlik xidmətləri, İsrail və bəzi Qərb siyasətçiləri bilməlidirlər ki, İran Liviya və Sudan deyil”, - nazir bildirib.
Abdullahiyan onu da qeyd edib ki, “xarici düşmənlər” İranın bütövlüyü və varlığını hədəfə alırlar, amma xalqın tədbirliliyi onları məyus edir.