17 Noyabr 2022 21:38
1 660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Kəşfiyyat Xidməti (SBU) Çeçenistan lideri Ramazan Kadırovu axtarışa verib.

Teleqraf.com xəbər verir ki, çeçenlərin lideri Ukraynanın qərarına təpki göstərib.

Mövzu ilə bağlı rəsmi Teleqram kanalından açıqlama verən Kadırov deyib:

“Hörmətli Ukrayna Təhlükəsizlik Xidmətinin üzvləri, yeri müəyyən edin, mən özüm gələcəm, sizin üçün gələcəm və etdiyiniz bütün cinayətlərə görə sizi cəzalandıracam”.

Çeçenistan lideri sözlərinə belə davam edib:

“Məni axtarmağa ehtiyac yoxdur. Yeri gəlmişkən, iki dəfə Ukraynada olmuşam və onların məni axtardıqlarını görmədim. SBU məni tapmaq üçün heç bir tədbir görmədi. Çünki elektrik enerjisi daim kəsilir. Bu şəraitdə işləmək çox çətindir. Bundan əlavə, daimi hava hücumu sirenləri də maneə yaradır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər