Bu gün Ukraynanın bütün regionlarında elektrik enerjisinin verilişində planlı fasilələr tətbiq olunacaq.
Teleqraf.com xəbər verir ki, “Ukrenerqo” Ukraynanın bütün regionlarında planlaşdırılmış fasilələrin saat 00:00-dan 02:00-a qədər və 08:00-dan 24:00-dək tətbiq olunacağını açıqlayıb.
“Əlavə fövqəladə fasilələr proqnozlaşdırılmır", - bildirilib.
Qeyd olunur ki, istehlakın məhdudlaşdırılması rusların Ukraynanın enerji sisteminə raket hücumlarının nəticələridir:
“Bu həftə bu, artıq altıncı hücum olub. Zərərlər çox və mürəkkəbdir. Təmir qrupları ukraynalılara işığın verilməsi üçün həftənin yeddi günü gecə-gündüz işləyirlər. Bu qış biz enerji cəbhəsində düşmənlə qarşılaşmaq üçün dözüm və cəsarət göstərməliyik”.
Qeyd edək ki, Rusiya qoşunları artıq Ukraynaya 6 irimiqyaslı raket hücumu həyata keçirib: 10 oktyabr, 11 oktyabr, 17 oktyabr, 31 oktyabr, 11 noyabr və 15 noyabrda. Hər belə hücumda ruslar Ukrayna elektrik şəbəkələrinə ziyan vurub.