Yaponiya hökuməti Ukraynaya müdafiə xarakterli hərbi texnikanın verilməsinə maneə olan qərarı ləğv etmək istəyir.
Teleqraf.com xəbər verir ki, movcud qanunvericilik Yaponiyaya Kiyevə silah tədarük edə bilməsinə imkan vermir. Hökumət hesab edir ki, silah ixracı üçün onun sırf müdafiə məqsədi ilə istifadə edilməsi tələb edilir. Buna görə də Ukraynaya yalnız zirehli gödəkçə və dəbilqə göndərilib.
Qaydaların ilin sonunadək dəyişməsi mümkündür. Bu təqdirdə Yaponiyanın silah istehsalçıları ciddi mənfəət əldə edə bilər.