22 Noyabr 2022 10:30
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Suriya ərazisinə endirilən zərbələrlə bağlı Ankaranı təmkinli olmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin Suriya üzrə nümayəndəsi Aleksandr Lavrentyev bildirib.

Lavrentyev qeyd edib ki, onlar türk həmkarlarını Suriyanın təkcə şimal və şimal-şərq bölgələrində deyil, bütün ərazilərində gərginliyin artmasının qarşısını almaq üçün müəyyən təmkin nümayiş etdirməyə çağıracaq:

"Bu məsələ ilə bağlı bütün maraqlı tərəflərlə iş davam etdirilməli, “kürd məsələsi”nin sülh yolu ilə həllinə çalışılmalıdır. Türkiyə Suriya və İraqdakı hava əməliyyatı ilə bağlı Rusiya Federasiyasını əvvəlcədən xəbərdar etməyib, məsələ Astanada Suriya ilə bağlı görüş zamanı müzakirə olunacaq. Ümid edirik ki, türk tərəfdaşlarımızı Suriya ərazisində həddindən artıq güc tətbiq etməkdən çəkinməyə inandıracağıq. Türkiyənin Suriya və İraqa endirdiyi zərbələr noyabrın 13-də İstanbulda törədilən terror aktı ilə təhrik edilib".

Putinin xüsusi nümayəndəsi onu da vurğulayıb ki, ilin əvvəlindən Moskva Ankaranın mümkün quru əməliyyatı ilə bağlı bəyanatları fonunda Türkiyənin Suriyada quru əməliyyatının qarşısını almaq üçün əlindən gələni edib.


Müəllif: Nemət

Oxşar xəbərlər