22 Noyabr 2022 11:26
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Kipr Respublikasının müdafiə naziri Haralambos Petridis 2023-cü il hərbi proqramı çərçivəsində yalnız silahlanma üçün 200 milyon avro ayırdıqlarını və bu büdcə ilə pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri, hücum helikopterləri almağı planlaşdırdıqlarını bildirib.

Teleqraf.com xəbər verir ki, Petridis Nümayəndələr Palatasının maliyyə və müdafiə komissiyalarında millət vəkillərinə silahlanma proqramı ilə bağlı məlumat verərkən, son 20 ildə rum tərəfinin silahlanma proqramının ən yüksək səviyyədə olduğunu deyib.

O vurğulayıb ki, Yunanıstan ordusunun əməliyyat qabiliyyətini gücləndirmək üçün Müdafiə Nazirliyinin 2023-cü ildə silahlanmaya 200 milyon avro ayırmağı nəzərdə tutdub:

"Bu büdcə ilə “Airbus”dan pilotsuz uçuş aparatları, müasir tipli 6 hücum helikopteri alınacaq. Artıq hava hücumundan müdafiə sistemi və Rusiya istehsalı olan Mi-35 helikopterlərinə sahibik.

Rum ordusunun mövcud infrastrukturunu gücləndirir, sursat anbarları, şəxsi heyət üçün ərazilər inşa edir, inventar üçün yeni yük maşınları, qazıntı maşınları və axtarış-xilasetmə gəmiləri almağı planlaşdırır".

ABŞ-ın silah embarqosunu ləğv etməsinə diqqət çəkən nazir son dövrdə 15-dən çox ölkə ilə müdafiə və hərbi sahədə müqavilə imzaladıqlarını və çoxmillətli təlimlərə qatıldıqlarını əlavə edib.


Müəllif: Nemət

Oxşar xəbərlər