Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında iştirak etmək üçün çərşənbə günü İrəvana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, Kremlin mətbuat xidmətinin bir müddət əvvəl verdiyi məlumata görə, İrəvanda təşkilatda əməkdaşlığın əsas istiqamətləri, aktual beynəlxalq və regional problemlər nəzərdən keçiriləcək.