23 Noyabr 2022 10:15
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı sosial şəbəkə fenomenləri Vladimir Kuznetsov və Aleksey Stolyarov özlərini Fransa Prezidenti Emmanuel Makron kimi təqdim edərək, Polşa Prezidenti Anjey Duda ilə zarafat ediblər.

Teleqraf.com xəbər verir ki, Kuznetsov və Stolyarov noyabrın 15-də Polşa ərazilərinə raket düşdükdən sonra Dudanın ofisinə zəng edərək özlərini Makron kimi təqdim ediblər.

Duda Makron olduğu güman etdiyi rus fenomenlərlə Polşaya düşən raket haqqında danışmağa başlayıb.

“Makron”un olayla bağlı sualına cavab verən Polşa prezidenti deyib:

“İnan, Emmanuel, son dərəcə ehtiyatlıyam. Rusları qınamıram. Sizcə, mənə Rusiya ilə müharibə lazımdırmı? Xeyr, bunu istəmirəm”.

Duda bildirib ki, Polşaya düşən raketlərin Rusiyaya məxsus olduğunu israr edən Ukrayna Prezidenti Vladimir Zelenskidir.

“ABŞ Prezidenti Co Bayden Rusiyanı bu hadisəyə görə məsul tutmur. Amma Vladimir Zelenski israr edir ki, bu raket Rusiyaya məxsusdur”, - Polşa prezidenti söyləyib.

Polşa prezidentinin ofisi bu danışıqdan sonra açıqlama verib. Açıqlamada qeyd edilib ki, Prezident Anjey Duda görüşün aldatma cəhdi ola biləcəyini anlayaraq, söhbəti bitirib.

Eləcə də, rusiyalı fenomenlərin Prezident Duda ilə necə əlaqə qurmağı bacardıqlarına dair araşdırma aparıldığı vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər