24 Noyabr 2022 09:44
4 642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

“Ukrayna üçün ən təhlükəlisi “Kinjal” hipersəs raketləridir. Bunları vurmaq hava hücumundan müdafiə sistemləri üçün çətindir”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Kinjal” raketi bizim üçün problemdir. Çünki bu hipersəs raketi sayılır. Uçarkən öz sürətini artıra bilir. Bütün raketlərimiz öz hədəflərini vurub, amma indiyədək bunu vura bilməyiblər. Çox sürətlidir”, - ekspert bildirib.

Bununla belə, Jdanov “Kinjal”ın hipersəs raketi olduğuna inanmır. Eyni zamanda, ekspert Ukrayna hava hücumundan müdafiə qüvvələrinin “Oniks”i vurduğuna diqqət çəkib.

“Odessa və Qara dəniz sahilindəki şəhərlər tez-tez onlarla atəşə tutulurdu. Bizim bu raketi vurmaq təcrübəmiz var”, - Jdanov söyləyib.

“Kinjal” Rusiyanın nüvə qabiliyyətinə malik hipersəs aero-ballistik hava-yer tipli raketidir. Onun iddia edilən uçuş məsafəsi 2000 km-dir, Max 12 sürətinə (2.5 mil/s) və uçuşunun hər mərhələsində qaçma manevrləri etmək qabiliyyətinə malikdir. Həm adi, həm də nüvə başlıqları daşıya, TU-22M3 bombardmançılarından və ya MiQ-31K təyyarələrindən buraxıla bilər. Rusiyanın Cənub, Qərb və Qara dəniz hərbi dairələrində yerləşdirilib.

“Kinjal” 2017-ci ilin dekabrında istifadəyə verilib və Rusiya Prezidenti Vladimir Putin tərəfindən 2018-ci il martın 1-də təqdim edilən altı yeni rus strateji silahından biridir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər